Dünya

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

10 İyun 2026, 12:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran nüvə sazişi danışıqları çərçivəsində uranın zənginləşdirilməsinə təxminən 15 il müddətinə qadağa qoyulmasını müzakirə edir.

Zefer.media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.

Nəşr qeyd ki, son həftələrdə tərəflər mümkün razılaşmanın əsas şərtləri üzərində müzakirələr aparıblar. İfadə olunub ki, Vaşinqton əvvəlcə 20 illik məhdudiyyət təklif edib, Tehran isə 10 illik müddəti dəstəkləyib. ABŞ rəsmiləri tərəflərin 15 illik kompromis variantı üzərində razılığa gələ biləcəyini düşünürlər.

Danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, əsas nüvə obyektlərinin gələcəyi və beynəlxalq müfəttişlərin yoxlama səlahiyyətləri kimi məsələlər də müzakirə edilir.

Hazırda müzakirələr yalnız mümkün razılaşmanın ümumi çərçivəsi üzərində aparılır və regiondakı gərginlik fonunda danışıqların yekun nəticəsi hələ də qeyri-müəyyən olaraq qalır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600