Birləşmiş Ştatlar Suriyanın şərqindəki Əl-Tanf hərbi bazasından qüvvələrinin çıxarılmasını başa çatdırıb.
Zefer.media xəbər verir ki, Amerika rəsmiləri bunu “Reuters” agentliyinə təsdiqləyib.
Onlar aydınlaşdırıblar ki, ABŞ obyektə nəzarəti Suriya qüvvələrinə verib.
ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiya qüvvələrinin oradan İordaniya ərazisinə çıxarılmasından sonra Suriya qoşunları Ət-Tanf aviabazasına yerləşdirilməyə başlayıb.
İordaniya, İraq və Suriya sərhədlərinin qovşağında yerləşən Əl-Tanf bazası 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası tərəfindən “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə məqsədilə yaradılıb və strateji əhəmiyyətli Dəməşq-Bağdad magistralına nəzarət etməyə icazə verib.
Yeganə















