Hərbi

ABŞ Polşaya 4 milyard dollarlıq hərbi kredit verib

9 Sentyabr 2026, 13:562
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa və ABŞ hərbi nazirlikləri Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Varşavaya 4 milyard dollarlıq kredit zəmanəti vermək barədə müqavilə imzalayıblar.

Zefer.media Polşa Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Baş nazirin müavini Vladislav Kosinyak-Kamış, Maliyyə və İqtisadiyyat naziri Anjey Domanski, Polşa Milli Bankının İdarə Heyətinin sədri Miroslav Çekay və Polşa Milli Bankının İdarə Heyəti sədrinin birinci müavini Marta Postula Polşa və ABŞ arasında Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində maliyyələşdirmə haqqında saziş imzalayıblar.
Kosinyak-Kamışın sözlərinə görə, bu, Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Amerika silahlarının alınması üçün altıncı kredit müqaviləsidir.
İmzalanma mərasimində iştirak edən ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisi Tomas Dinano bildirib ki, kreditin məbləği 4 milyard dollar olacaq.
Amerikalı diplomat deyib ki, ümumilikdə Vaşinqtonun Varşavaya verdiyi hərbi kreditlərin məbləği 20 milyard dollara çatıb.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600