Dünya

ABŞ öz vətəndaşlarını İraqı tərk etməyə çağırdı

11 İyun 2026, 11:232
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ-nin Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb.

Zefer.media xəbər verir ki, səfirlik regional gərginliyin artması fonunda hava məkanının qəfil bağlana biləcəyi və nəqliyyat əlaqələrində gözlənilməz fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Açıqlamada bildirilib ki, bəzi əməkdaşların ölkədən çıxarılması barədə göstəriş verilsə də, ABŞ-nin İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.

Bununla yanaşı, Amerika öz vətəndaşlarına xatırladılıb ki, İraq ABŞ-nin səyahət tövsiyələri sistemində ən yüksək risk səviyyəsi hesab olunan 4-cü dərəcəli “Səyahət etməyin” xəbərdarlığı altında qalır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600