Gündəm

ABŞ-nin İran üçün BÖYÜK PLANI

26 Mart 2026, 16:0715
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran arasında danışıqlarda heç bir irəliləyiş əldə olunmazsa, böyük “hərbi eskalasiya” gözlənilir.

Zefer.media xəbər verir ki, bu haqda “Axios” ABŞ rəsmisinə və vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, bu hazırlıqların bir hissəsi olaraq, nəzərdən keçirilən variantlara Hark, Larak, Əbu Musa və digər strateji əhəmiyyətli İran adalarının işğalı, eləcə də Hörmüz boğazının şərqində İran neftini daşıyan gəmilərin blokadası daxildir.

Hesabatda qeyd edilib ki, bəzi ABŞ rəsmiləri “münaqişəyə son qoymaq üçün böyük güc nümayişinin” rəsmi Vaşinqtona danışıqlarda güc verəcəyinə inanırlar.

 

Zərintac Mayisqızı 

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600