ABŞ Xəzinədarlığı uzunmüddətli dövlət istiqrazlarının geri alınması proqramını genişləndirməyi planlaşdırır.
Zefer.media xəbər verir ki, xəzinədarlıq daha əvvəl 10-30 illik istiqrazların geri alışı üçün proqramın həcmini ən azı iki dəfə artıraraq 4 milyard dollara çatdıracağını açıqlamışdı.
ABŞ-nin maliyyə naziri Skott Besent proqramın həcminin hər buraxılış üzrə 4 milyard dollardan da çox ola biləcəyini, yekun məbləğin bazar şərtlərindən asılı olacağını bildirib. Sözügedən addım uzunmüddətli istiqrazların gəlirliliyini azaltmaq və bazarda likvidliyi artırmaq məqsədi daşıyır.
Analitiklər isə proqramın inflyasiyanı gücləndirə və Federal Ehtiyat Sisteminin pul siyasətini çətinləşdirə biləcəyindən narahatdırlar.
Zərintac Mayisqızı

















