Dünya

“ABŞ-nin bölgədəki hərbi mövcudluğu bəzi hallarda təhlükəsizliyi artırıb”

4 May 2026, 13:431
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bölgədəki təhlükəsizlik vəziyyətinə dair açıqlama verib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

O bildirib ki, bəzi regional ölkələr ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu həm təhlükəsizlik amili kimi, həm də ölkələr arasında bölünmələr yaradan faktor kimi dəyərləndirirlər.

Bəqayi vurğulayıb ki, İran uzun müddətdir region ölkələri arasında etimad mexanizmlərinin yaradılmasını dəstəkləyir və təhlükəsizliyin xarici müdaxilələrdən asılı olmadan, regional əməkdaşlıq əsasında formalaşmalı olduğunu düşünür.

Onun sözlərinə görə, Tehran bu yanaşmanı diplomatik platformalarda və beynəlxalq təmaslarda davamlı şəkildə gündəдшлdə saxlayacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600