Dünya

ABŞ İranla bağlı memorandumun gecikməsini şərh etdi

17 İyun 2026, 13:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ-nin vitse-prezidenti C.D. Vens İranla bağlı memorandumun dərc olunmasında gecikməyə aydınlıq gətirib.

Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Vens bildirib ki, sənədin mətni hazırda danışıqlarda iştirak edən vasitəçilərin xahişi ilə ictimaiyyətə açıqlanmır. Onun sözlərinə görə, Pakistan və Qətər nümayəndələri sənədin mərhələli şəkildə və ehtiyatla təqdim olunmasını tövsiyə ediblər.

Vens əlavə edib ki, proses zamanı “ərəb və müsəlman dünyasında həssas məsələlər” nəzərə alınır və buna görə də açıqlamalar ehtiyatla verilir.

Vitse – prezident Səudiyyə Ərəbistanı ilə bağlı fikirlər səsləndirərək, ölkənin son illərdə ciddi dəyişikliklər etdiyini və ABŞ-nin yaxın tərəfdaşına çevrildiyini bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600