ABŞ hökuməti İranın münaqişənin həlli üçün təqdim etdiyi 14 maddəlik planı tamamilə rədd edib.
Zefer.media xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.
ABŞ hökuməti İranın münaqişənin həlli üçün təqdim etdiyi 14 maddəlik planı tamamilə rədd edib.
Tehran Vaşinqtona yazılı razılaşma təklifini təqdim etdikdən sonra ABŞ tərəfi cavab göndərib və İranın təklif etdiyi bütün bəndləri qəbul etməyib. Xüsusilə, ABŞ-nin İranın nüvə proqramı ilə bağlı təzyiq və məhdudlaşdırma siyasətindən geri çəkilmədiyi vurğulanır.
Qəzetin qeyd etdiyinə görə, əgər Vaşinqton bu təklifləri qəbul etsəydi, Tehran nüvə dosyesi də daxil olmaqla daha geniş məsələlər üzrə danışıqların ikinci mərhələsinə başlamağa hazır idi.
Xatırladaq ki, 10 mayda İran Pakistan vasitəsilə ABŞ-nin Fars körfəzi böhranı ilə bağlı təkliflərinə cavab təqdim etmişdi. “The Wall Street Journal” mənbələrinə görə, Tehran Vaşinqtonun tələb etdiyi kimi nüvə obyektlərinin sökülməsini rədd edib.
Zərintac Mayisqızı

















