Dünya

ABŞ İranda hərbi bazanı vurub: yanacaq çənləri alovlanıb

2 Aprel 2026, 18:102
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın Konarək şəhərində yerləşən hərbi bazada qırıcı təyyarələr üçün nəzərdə tutulan yanacaq çənləri ABŞ qırıcılarının hücumuna məruz qalıb.

Zefer.media xəbər verir ki, hücum axşam saat 20:20 radələrində olub.

Qırıcılara məxsus dörd böyük yanacaq çəni hədəfə alınıb və onlara ən azı dörd raket zərbəsi endirilib. Zərbələr nəticəsində bazanın ərazisində bir neçə güclü partlayış baş verib.

Görüntülərdə hücumdan təxminən 12 saat sonra da hədəfə alınan çənlərdən qalın tüstünün qalxdığı görünür.

Bu gün Tehranda da güclü partlayışlar olub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600