Dünya

ABŞ-İran sazişində ballistik raketlər müzakirə olunmayacaq

12 İyun 2026, 17:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İsrailin “Channel 12” telekanalı ABŞ və İran arasında aparılan danışıqların yekun mərhələsi ilə bağlı yeni məlumat yayıb.

Zefer.media xəbər verir ki, tərəflər arasında müzakirələrin əsas istiqaməti iqtisadi və nüvə məsələləri olacaq, ancaq İranın ballistik raket proqramı bu çərçivəyə daxil edilməyəcək.

Telekanaldan bildirilib ki, İranın raket imkanları, onların uçuş məsafəsi və istehsal məsələləri hazırkı danışıqlar paketindən çıxarılıb.

Bildirilir ki, ABŞ ilə razılaşma layihəsi yeddi ümumi prinsip üzərində qurulub və planlaşdırılan 60 günlük danışıqlarda əsasən üç istiqamət müzakirə ediləcək: İranın “dinc” nüvə proqramının davamı, ABŞ-nin birtərəfli sanksiyalarının ləğvi və mümkün kompensasiya mexanizmi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600