Dünya

ABŞ ilə razılaşma qarşıdurmanı alovlandırır: Əraqçı impiçment edilər bilər

16 İyun 2026, 11:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran və ABŞ arasında razılaşmanın əldə olunduğu və yaxın vaxtlarda imzalana biləcəyi barədə xəbərlərin yayılmasından sonra ölkə daxilində bu anlaşmaya qarşı çıxan siyasi qruplar fəallaşıb.

Zefer.media xəbər verir ki, tənqidlərin əsas hədəfləri ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmmədbağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və qismən də prezident Məsud Pezeşkian olub.

İran parlamentinin üzvü Əmirhüseyn Sabiti “X” hesabındakı paylaşımında bildirib ki, “tarixdə qalması üçün” Abbas Əraqçının impiçmenti məsələsinin parlamentin gündəliyinə çıxarılması təşəbbüsü irəli sürüləcək.

Sabiti eyni zamanda parlament sədri Qalibafa müraciət edərək deyib: “Cənab Qalibaf, biz sizin xeyirxahınızıq, amma kaş ki, belə bir razılaşmaya imza atmayaydınız”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600