Bu gün ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində qəzaya uğrayan “Apaçi” helikopteri ilə bağlı açıqlama verərək hadisəni “möcüzə” adlandırıb.
Zefer.media xəbər verir ki, bununla bağlı, “Fox News” telekanalının müxbiri Trey Yingest bildirib.
Onun sözlərinə görə, insident zamanı İran pilotsuz uçuş aparatının helikopterə zərbə endirdiyi və bunun nəticəsində ciddi təhlükə yarandığı qeyd edilib.
Tramp deyib ki, pilotlar çətin vəziyyətdə olsalar da, helikopteri idarə etməyə və təhlükəsiz eniş etməyə nail olublar. Daha sonra heyətin xilas edildiyi vurğulanıb.
ABŞ prezidenti hadisəni “möcüzə” kimi dəyərləndirib.
Bununla yanaşı, Tramp İranla davam edən danışıqlara da toxunaraq, Tehranın prosesi gecikdirdiyini deyib və Vaşinqtonun cavab addımları atmağa yaxın ola biləcəyini ifadə edib.
Ağ Ev rəhbəri diqqətə çatdırıb ki, ABŞ İslam Respublikasının onsuz da uzanan danışıqlarda “vaxtı gecikdirməsinə” cavab olaraq İran elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirməyə yaxındır.
Zərintac Mayisqızı

















