ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Vaşinqton, hətta iqtisadi sanksiyalar Rusiyanı çəkindirmək üçün kifayət etməsə belə, Avropada birbaşa hərbi qarşıdurmaya cəlb olunacağını gözləmədiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Uitaker ABŞ-nin belə bir ssenariyə hazır olduğunu və ehtimal olunan vəziyyət üçün zəruri qüvvələri yerləşdirdiyini deyib.
Onun sözlərinə görə, Rusiya artıq beşinci ildir Ukraynada müharibə aparır, lakin irəliləyiş əldə etmir və hər ay on minlərlə itki verir.
Uitaker ABŞ-nin müharibənin başa çatmasına yardım etməyə hazır olduğunu, lakin bunun üçün Rusiya və Ukraynanın danışıqlar masasına oturmalı olduğunu vurğulayıb. O qeyd edib ki, Rusiya rəhbərliyinin indiki açıqlamaları Vaşinqtona nikbinlik üçün əsas vermir.
“Razılaşma əldə olunana qədər ABŞ Ukraynaya özünü müdafiə etmək üçün lazım olduğu müddətcə yardım göstərmək niyyətindədir”, – deyə Uitaker bildirib.
Aytən Yalçınqızı

















