Gündəm

İlham Əliyev Ərdoğana başsağlığı verdi

10 Noyabr 2026, 08:104
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Zefer.media həmin mətni təqdim edir:

“Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600