İsraildə parlament seçkiləri üzrə səsvermə başa çatıb. İlkin exit-poll nəticələrinə əsasən, heç bir siyasi blok Knessetdə çoxluğu təmin edə bilmir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, KİV-lərin məlumatına görə, seçkilərdə rekord səviyyədə seçici fəallığı qeydə alınıb.
“Channel 12” telekanalının exit-poll nəticələrinə əsasən, Qadi Ayzenkotun bloku 52, Benyamin Netanyahunun bloku 50 mandat qazana bilər. Ərəb partiyalarının isə 18 mandat əldə edəcəyi proqnozlaşdırılır.
İsrail parlamentində çoxluğu təmin etmək üçün 120 mandatdan ən azı 61-ni qazanmaq lazımdır.
Qəmər Kazımzadə

















