İsraildə keçirilən seçkilərdə 1,2 milyondan çox səsin hesablanmasından sonra Benyamin Netanyahuya məxsus “Likud” partiyası 23,4 faiz səslə liderlik edir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən, Qadi Ayzenkotun “Yaşar” partiyası 15,7 faiz səslə ikinci yerdədir.
Naftali Bennet və Yair Lapidin ittifaqı 8,5 faiz, İtamar Ben-Qvirin “Otsma Yehudit” partiyası 6,3 faiz, Betsalel Smotriçin partiyası isə 5,8 faiz səs toplayıb.
Səslərin hesablanması davam edir. Yekun nəticələrin noyabrın 4-dək açıqlanacağı gözlənilir.
Qəmər Kazımzadə

















