ABŞ-dəki bütün iri hərbi bazaların yanacaq, su və digər təchizat olmadan 90 gün müstəqil fəaliyyət göstərə bilməsi üçün hazırlıq işləri aparılır.
Zefer.media “Fox News”a istinadən xəbər verir ki, hazırlıq ölkədə ciddi müharibə baş verəcəyi, bunun təchizat zəncirlərini pozacağı və elektrik şəbəkələrini sıradan çıxaracağı ehtimalına qarşı görülür.
ABŞ-dəki hərbi bazalarda mülki elektrik şəbəkəsindən tamamilə ayrılmağa imkan verən mobil nüvə reaktorlarından və iri enerji saxlama batareyalarından istifadə olunacaq.
Pərvin Hacıyeva

















