Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Zefer.media AZƏRTAC- a istinadən xəbər verir ki, Nihat Məmmədli (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) 1/4 finalda müvafiq olaraq, qətərli Aref Mohammadi və koreyalı Hanjae Çanqa qalib gələrək adlarını növbəti mərhələyə yazdırıblar.
İslam Abbasov (87 kiloqram) isə eyni raundda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova məğlub olub.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.
Mundiala noyabrın 1-də yekun vurulacaq.

















