• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.5° Weather Columbus
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

AQEM-in Bakı Zirvəsi: Azərbaycan diplomatiyasının yeni uğuru - AÇIQLAMA

15 Oktyabr, 26 / 10:33
A A

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək.

Görüşdə regional təhlükəsizlik, sülh və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan 2024–2026-cı illərdə AQEM-ə sədrlik edir.

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün Bakıda keçirilməsi, ilk növbədə, Azərbaycanın beynəlxalq diplomatik fəallığının artdığını göstərir:

“Nəzərə almaq lazımdır ki, Asiya regionu hazırda ciddi qlobal çağırışlarla üz-üzədir. Bu çağırışlar təhlükəsizlik və terrorizm təhdidlərindən tutmuş ekoloji problemlərə qədər geniş spektri əhatə edir.

Azərbaycan getdikcə daha nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlər çərçivəsində müzakirə olunan məsələlər, qəbul edilən qərarlar və qurulan yeni təmaslar beynəlxalq münasibətlərə müsbət təsir göstərir, mövcud problemlərin dialoq və qarşılıqlı müzakirələr yolu ilə həlli imkanlarını genişləndirir.

Bu baxımdan, AQEM-in VII Zirvə Görüşü çərçivəsində də müxtəlif məsələlər müzakirə olunur”.

Müsahib bildirib ki, oktyabrın 14-15-də keçirilən tədbir iştirakçı ölkələr arasında dialoq mühitinin gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

” Burada əsas diqqət mövcud fikir ayrılıqlarının dialoq vasitəsilə aradan qaldırılması istiqamətində səylərin artırılmasına yönəlib.

Azərbaycanın fəal mövqeyi də bu istiqamətdə ortaq müzakirə mühitinin formalaşmasına töhfə verir.

Nəzərə almaq lazımdır ki, Asiya regionunda münaqişə potensialı kifayət qədər yüksəkdir. Bu səbəbdən preventiv addımların atılması, mümkün ziddiyyətlərin vaxtında aradan qaldırılması və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan Bakı Zirvə Görüşü regionda sabitliyin qorunması və əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platformadır.

Politoloq əlavə edib ki, Azərbaycanın sədrliyi dövründə AQEM-in institusional inkişafı istiqamətində də əhəmiyyətli addımlar atılıb:

“Bu sahədə Azərbaycanın əvvəlki təcrübəsi, xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslər diqqətəlayiqdir. Həmin dövrdə təşkilatın institusional potensialının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu gün də AQEM-in institusional inkişafı və gələcəkdə beynəlxalq təşkilata çevrilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi praktiki addımlar mühüm rol oynayır. Hesab edirəm ki, növbəti mərhələdə də Azərbaycanın sədrliyi dövründə irəli sürülən ideyalar və atılan addımlar AQEM-in daha möhkəm institusional əsaslara malik bir təşkilata çevrilməsi üçün yeni imkanlar yaradacaq.

Bakı Zirvə Görüşü çərçivəsində diqqət çəkən əsas məqamlardan biri təhlükəsizlik məsələləri və bu sahədə mövcud təhdidlərin müzakirəsidir. Xüsusilə kibertəhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi, bu istiqamətdə birgə addımların atılması və ortaq təşəbbüslərin irəli sürülməsi əhəmiyyətlidir. İştirakçı ölkələr arasında ortaq məxrəcə nail olmaq və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək vacib məsələlərdəndir.

Etiraf etmək lazımdır ki, Asiya ölkələri müxtəlif siyasi mövqelərə malik dövlətlərdir. Buna görə də müasir çağırışlar fonunda ortaq maraqların müəyyənləşdirilməsi və səmərəli dialoq mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə bu istiqamətdə əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bakı növbəti dəfə beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və səmərəli platforma olduğunu nümayiş etdirib.

Üzv ölkələrin dövlət başçılarının və rəsmi nümayəndələrinin Bakıya səfərləri yeni təmasların qurulması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu təmasların bütövlükdə regional əməkdaşlığa və ümumi rifaha xidmət edəcəyini düşünürəm.

Eyni zamanda, Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, iqtisadi əməkdaşlıq imkanlarının artmasına və yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır. Ən əsası isə Azərbaycan bu cür təşəbbüslərlə etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini möhkəmləndirir və ölkəmizin beynəlxalq imicini daha da gücləndirir”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Gündəm

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Oktyabr 16, 2026
Gündəm

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Oktyabr 16, 2026
Gündəm

Bəhruz Məmmədzadə yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Oktyabr 16, 2026
Gündəm

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO

Oktyabr 16, 2026
Gündəm

Starlink-in fəaliyyətini məhdudlaşdırmaq əmri Ağ Evdən gəlib

Oktyabr 16, 2026
Gündəm

Prezident sərəncam imzaladı: Şəhid ailələri və müharibə əlilləri ilə bağlı vacib qərar

Oktyabr 16, 2026

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

Məsud Pezeşkian İrəvana gəlib

16 Oktyabr, 26 / 21:32

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

16 Oktyabr, 26 / 21:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.