Ukrayna 2026-cı ilin sonunadək Beynəlxalq Valyuta Fonduna (BVF) borcun ödənilməsi və xidmət xərcləri üzrə təxminən 960 milyon dollar ödəməlidir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, BVF-nin ödəniş cədvəlinə əsasən, oktyabrın 5-i və 9-da ümumilikdə təxminən 187 milyon SDR məbləğində ödəniş nəzərdə tutulub.
Noyabrda Kiyev daha 210,5 milyon SDR ödəməlidir. Bu il üzrə sonuncu ödəniş isə 125,7 milyon SDR təşkil edir və dekabrın 9-na planlaşdırılıb.
Qəmər Kazımzadə

















