• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

27 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa çağırır – Tənzilə Rüstəmxanlı yazır

26 Sentyabr, 26 / 12:27
A A

1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın əraziləri işğala məruz qaldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, mədəni irsə ciddi ziyan dəydi. Münaqişənin həlli istiqamətində uzun illər davam edən diplomatik proses nəticə vermədi. 30 ildən artıq haqqımız tapdalandı, səsimizi eşidilmədi. Dünyaya demokratiya dərsi keçən ölkələr nədənsə Azərbaycanın haqqını görmək istəmədilər.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Azərbaycan vətəndaşının öz torpaqlarında qaçqın-köçkün vəziyyətinə düşdüyünü görmədilər. Onlar sadəcə evlərindən didərgin düşmədilər. 30 ildən artıq qaçqınlıq, köçkünlük həyatı yaşadılar. Reallıq bu idi ki, tarixi və ilahi ədalət pozulmuşdu. Tarixən bizim olan torpaqları Ermənistan zorla özünün ərazisi kimi təqdim etməyə çalışırdı. Ancaq ölkəmizin təşəbbüsləri və çağırışları görməzdən gəlindi. Hətta Birləşmiş Millətlər Təşkilatının da qətnamələrini qulaq ardına vurdular.

Lakin 30 illik həsrət sona çatdı və 27 sentyabr 2020-ci ildə Ermənistanın hücumlarına cavab olaraq müharibə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu BMT qətnamələrini özü həyata keçirdi, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlayan proseslər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə başa çatdı.

Bu mənada Azərbaycan xalqının yaddaşına həkk olunan ən mühüm tarixi günlərdən biri 27 sentyabrdır. 2020-ci ilin məhz həmin günündə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bununla da 44 gün davam edən Vətən müharibəsi başlandı. Bu gün isə ölkəmizdə “Anım Günü” kimi qeyd edilir.

Anım Günü yalnız kədər və hüzn günü deyil, eyni zamanda xalqımızın birliyinin, mübarizə əzminin və qəhrəmanlıq tariximizin təcəssümüdür. Azərbaycan xalqı və dövləti həmin gün Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Onların fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

Hər bir azərbaycanlı bu tarixlə qürur duyur. Çünki 27 sentyabr 2020-ci il vətəndaşlarımızın öz haqları olan torpaqlara qayıtmaq arzusunun həyata keçməyə başladığı gündür.

Bu Zəfərin arxasında yalnız ordunun döyüş qabiliyyəti deyil, həm də xalqın birliyi dayanırdı. Müharibə günlərində Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış etdi. Əsgər səngərdə, mülki vətəndaş arxa cəbhədə öz vəzifəsini yerinə yetirdi. Hər kəs Vətənin müdafiəsinin ümumi məsuliyyət olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin Anım Gününün təsis edilməsi ilə bağlı Sərəncamında da xalqın birlik və həmrəyliyi xüsusi vurğulanır.

Lakin 27 Sentyabrın əsas mahiyyəti yalnız qələbə ilə bağlı deyil. Bu tarix bizə Zəfərin hansı ağır itkilər hesabına əldə edildiyini də xatırladır. Vətən müharibəsində Azərbaycan əsgər və zabitləri həyatlarını ölkənin ərazi bütövlüyü naminə fəda etdilər. Buna görə də Anım Günü ilk növbədə şəhidlərimizin xatirəsinə dərin ehtiram günüdür.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, infrastruktur yaradılır və Böyük Qayıdış prosesi həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı müharibədən sonrakı dövrün əsas istiqamətlərindən biridir.

27 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa çağırır. Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdikləri Vətənin daha da inkişaf etdirilməsi, dövlətimizin gücləndirilməsi və əldə olunmuş tarixi nəticələrin qorunmasıdır. Bu əlamətdar gündə bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına səbir diləyirik. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını heç vaxt unutmayacaq.

Bənzər Xəbərlər

Gündəm

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sentyabr 26, 2026
Gündəm

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatı

Sentyabr 26, 2026
Gündəm

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

Sentyabr 25, 2026
Gündəm

Aktau azərbaycanlıları Xəzərdə axtarış-xilasetmə əməliyyatına dəstək verib

Sentyabr 25, 2026
Gündəm

Bayramov və Mirzoyan ABŞ-da sülh prosesini müzakirə edib

Sentyabr 25, 2026
Gündəm

“Kalaşnikov” yeni avtomatlarını Bakıda ilk dəfə nümayiş etdirəcək

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

26 Sentyabr, 26 / 15:50

27 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa çağırır – Tənzilə Rüstəmxanlı yazır

26 Sentyabr, 26 / 12:27

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatı

26 Sentyabr, 26 / 9:47

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

25 Sentyabr, 26 / 19:54

İran hava blokadasında iştirak edən ölkələrə qarşı tədbir görəcəyini açıqlayıb

25 Sentyabr, 26 / 18:49

Aktau azərbaycanlıları Xəzərdə axtarış-xilasetmə əməliyyatına dəstək verib

25 Sentyabr, 26 / 18:38

Netanyahu Fransa və Britaniyanı kolonializm ittihamlarına görə tənqid edib

25 Sentyabr, 26 / 18:25

Cənubi Koreya Prezidenti Zelenskini məxfi məlumatı açıqlamaqda ittiham edib

25 Sentyabr, 26 / 18:10

Paşinyan BMT-də Ermənistana müdaxilə cəhdlərindən danışıb

25 Sentyabr, 26 / 18:05

Bayramov və Mirzoyan ABŞ-da sülh prosesini müzakirə edib

25 Sentyabr, 26 / 17:44

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.