• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Zəngəzur dəhlizinin yaratdığı əlavə imkanlar Tacikistanla müzakirə edilib

25 Sentyabr, 26 / 15:11
A A

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Zefer.media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

 

Dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub.

Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpaolunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Bənzər Xəbərlər

Gündəm

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sentyabr 26, 2026
Gündəm

27 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa çağırır – Tənzilə Rüstəmxanlı yazır

Sentyabr 26, 2026
Gündəm

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatı

Sentyabr 26, 2026
Gündəm

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

Sentyabr 25, 2026
Gündəm

Aktau azərbaycanlıları Xəzərdə axtarış-xilasetmə əməliyyatına dəstək verib

Sentyabr 25, 2026
Gündəm

Bayramov və Mirzoyan ABŞ-da sülh prosesini müzakirə edib

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

26 Sentyabr, 26 / 15:50

27 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxmağa çağırır – Tənzilə Rüstəmxanlı yazır

26 Sentyabr, 26 / 12:27

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatı

26 Sentyabr, 26 / 9:47

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

25 Sentyabr, 26 / 19:54

İran hava blokadasında iştirak edən ölkələrə qarşı tədbir görəcəyini açıqlayıb

25 Sentyabr, 26 / 18:49

Aktau azərbaycanlıları Xəzərdə axtarış-xilasetmə əməliyyatına dəstək verib

25 Sentyabr, 26 / 18:38

Netanyahu Fransa və Britaniyanı kolonializm ittihamlarına görə tənqid edib

25 Sentyabr, 26 / 18:25

Cənubi Koreya Prezidenti Zelenskini məxfi məlumatı açıqlamaqda ittiham edib

25 Sentyabr, 26 / 18:10

Paşinyan BMT-də Ermənistana müdaxilə cəhdlərindən danışıb

25 Sentyabr, 26 / 18:05

Bayramov və Mirzoyan ABŞ-da sülh prosesini müzakirə edib

25 Sentyabr, 26 / 17:44

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.