Çin hakimiyyəti “Delfin” tayfunun yaxınlaşması səbəbindən ölkənin şərqində 1 milyondan çox insanı təxliyə edib.
Zefer.media xəbər verir ki, buna dair “The Guardian” qəzetinin 10 avqust tarixli sayında məlumat yayıb.
Nəşr bildirib ki, daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcək güclü yağışlar narahatlıq doğurub.
“The Guardian” qəzetinin məlumatına görə, Çjetszyan əyalətində 900 mindən çox insan təxliyə edilib. Onlar 1500-dən çox müvəqqəti sığınacağa yerləşdirilib.
Qonşu Fujian əyalətində yüksək riskli ərazilərdən 98.900 nəfər, Şanxayda isə riskli ərazilərdən 215.600 nəfər təxliyə olunub.
Hesabatda deyilir: “Şanxayın mərkəzindəki bir hava stansiyası bazar ertəsi günü səhər saat 7-də (Bakı vaxtı ilə saat 03:00) bitən 24 saat ərzində təxminən 313 mm yağıntı qeydə alıb ki, bu da 150 ildən çoxdur ki, ən yüksək gündəlik yağıntıdır”.
Yerli hakimiyyət orqanları güclü yağışla bağlı “narıncı” həyəcan siqnalı səviyyəsini saxlayıb və 12 avqusta qədər “çox günlük, güclü yağışların genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib. Onlar insanları güclü yağış zamanı evdə qalmağa çağırıblar.
Zərintac Mayisqızı

















