Bu gün İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Pakistanın paytaxtı İslamabada səfər ediblər.
Zefer.media xəbər verir ki, İran nümayəndə heyətini hava limanında Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif qarşılayıblar.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlərin, iqtisadi və ticarət əməkdaşlığının, eləcə də regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Zərintac Mayisqızı















