Tehran İraq hökumətinin silah gəzdirmək hüququnun yalnız dövlət qurumları ilə məhdudlaşdırılması istiqamətində atacağı istənilən addıma hörmətlə yanaşır.
Zefer.media xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq bildirib.
Diplomat vurğulayıb ki, silahlı qrupların tərksilah olunması və ya onların gələcək fəaliyyəti ilə bağlı qərarlar İraqın daxili məsələsidir.
“Bu, İraqın daxili işidir və biz İraq hökumətinin bu məsələ ilə bağlı qəbul etdiyi hər hansı qərara hörmət edirik”, – deyə əl-Sadiq qeyd edib.
Bununla yanaşı, İran səfiri ifadə edib ki, hakimiyyət bəzi silahlı qrupların silahlarını saxlamaqda israrlı olmasının səbəblərini və onların təhlükəsizliklə bağlı narahatlıqlarını da nəzərə almalıdır.
Məlumata görə açıqlama İraqın yeni baş naziri Əli əl-Zeydinin ölkədə silah üzərində dövlət inhisarının yaradılması istiqamətində atdığı addımlar fonunda səslənib.
Zərintac Mayisqızı















