Dünya

Xameneyinin vida mərasimi ilə bağlı xəbərdarlıq edildi

23 İyun 2026, 14:071
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran ölkənin mərhum ali lideri Əli Xameneyinin vida mərasimi zamanı iştirakçıların çoxluğu, isti hava şəraiti və təşkilati çətinliklərin müəyyən risklər yarada biləcəyini bildirib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Çəmranın sözlərinə görə, mərasimdə iştirak edən hər kəsin tədbiri əvvəldən sonadək izləməsi mümkün olmayacaq. Buna görə də vətəndaşlara mərasimin müxtəlif hissələrində və fərqli vaxtlarda iştirak etmələri tövsiyə olunub.

“İnsanlar marşrutlarını bölməli və mərasimdə mərhələli şəkildə iştirak etməlidirlər”, – deyə o bildirib.

Tehran Şəhər Şurasının sədri əlavə edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsi müəyyən təhlükələrlə müşayiət olunur və təşkilati məsələlər lazımi səviyyədə həll edilməzsə, ciddi insidentlərin baş vermə ehtimalı mövcuddur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600