Dünya

SEPAH: “Xameneyi ABŞ ilə danışıqlara razılıq verib”

22 İyun 2026, 16:571
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün SEPAH-ın siyasi məsələlər üzrə müavini Yədullah Cavani İranın ali lideri Müctəba Xameneyinin ABŞ ilə danışıqlara başlamağa icazə verdiyini bildirib.

Zefer.media xəbər verir ki, onun sözlərinə görə, bu qərar Tehranın öz şərtlərini müəyyənləşdirməsindən sonra qəbul olunub və danışıqlar prosesi “ləyaqət mövqeyindən” aparılmalıdır.

General Cavani qeyd edib ki, ABŞ ilə təmaslara başlamaq qərarı ölkə daxilində aparılan siyasi məsləhətləşmələrin nəticəsində verilib. O əlavə edib ki, Xameneyinin prinsipial mövqeyi Vaşinqtonla dialoqun tamamilə qadağan olunması anlamına gəlmir.

SEPAH rəsmisinin bildirdiyinə görə, İran tərəfi istənilən danışıqlarda milli maraqlar və əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında hərəkət etməyə davam edəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600