Dünya

Kir Starmer istefa verdiyini açıqladı

22 İyun 2026, 14:431
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
2024-cü ilin iyul ayından bəri bu vəzifəni tutan Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, o, bunu Dauninq küçəsindəki çıxışı zamanı bildirib.
Starmer deyib ki, Britaniyanın hakim Leyborist Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq və o, özü də orada iştirak etməyəcək.
Makerfild əlavə seçkilərində qalib gələn Endi Börnhem Leyborist Partiyasının lideri və hökumət başçısı vəzifəsinə əsas namizəd hesab olunur.
Xatırladaq ki, daha əvvəl də Britaniyanın “The Observer” qəzeti Leyboristlər Partiyasının yüksək vəzifəli üzvlərinə istinadən Baş nazir Kir Starmerin gözlənilən istefası barədə məlumat vermişdi. Qəzetin məlumatına görə, nazirlər və müşavirlərlə bir sıra müzakirələrdən sonra baş nazir mövqeyinin artıq davamlı olmadığı qənaətinə gəlib.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600