Bu gün İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının pərdəarxasına dair maraqlı görüntü yayılıb.
Zefer.media xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Tani “X” hesabında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin yer aldığı foto paylaşıb.
Al Tani paylaşımında “Lüserndən Vens və Kuşner ilə iş davam edir” ifadəsini işlədib.
Yayılan fotoda Vens və Kuşnerin ABŞ-İran danışıqları çərçivəsində müzakirə olunan saziş layihəsi üzərində işlədikləri görünür. Görüntü danışıqlar prosesinin pərdəarxasına dair ilk detallardan biri kimi diqqət çəkib.
Zərintac Mayisqızı

















