Dünya

Keçmiş Şin Bet rəhbəri BƏƏ-dən çıxarıldı

22 İyun 2026, 12:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin Baş Təhlükəsizlik Agentliyinin (Şin Bet) keçmiş rəhbəri Ronen Bar və həyat yoldaşı BƏƏ-dən təhlükəsizlik səbəbilə təxliyə edilib. 

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, Ronen Bar BƏƏ-də keçirilən və müxtəlif ölkələrdən təhlükəsizlik və kəşfiyyat rəsmilərinin iştirak etdiyi xüsusi tədbirdə olub. Bildirilir ki, təhlükəsizliklə bağlı xəbərdarlıqdan sonra o və həyat yoldaşı təcili şəkildə ölkədən çıxarılıb.

İsrail hərbi müxbirləri təhlükənin İrandan qaynaqlandığını iddia etsələr də, bu barədə rəsmi təsdiq verilməyib.

BƏƏ Xarici İşlər Nazirliyindəki mənbə isə ölkədə belə bir tədbirin keçirilməsi ilə bağlı məlumatları təkzib edib və Əmirliklərin İsrailin daxili siyasi məsələlərinə qarışmadığını vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600