Dünya

İran-ABŞ danışıqları fonunda Sürix Hava Limanında uçuşlar pozuldu

22 İyun 2026, 11:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsveçrənin Sürix Hava Limanında İran və ABŞ arasında keçirilən danışıqlarla əlaqədar tətbiq edilən təhlükəsizlik tədbirləri səbəbindən texniki nasazlıq yaranıb və onlarla reysə təsir göstərib.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İsveçrənin hava hərəkətinə nəzarət qurumu (Skyguide) bildirib ki, problem Bürgenştok üzərində yaradılan uçuşa qadağan zonanın radar və hava məkanının idarəetmə sistemlərinə inteqrasiyası zamanı baş verib.

Nasazlıq nəticəsində Sürix hava limanında 26 reys ləğv edilib, 60-a yaxın reys isə gecikib. Ləğv olunan uçuşlardan 12-si gələn, 14-ü isə gedən reys olub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600