Dünya

Qətər və Pakistan: ABŞ-İran danışıqlarında ümidverici irəliləyiş əldə olunub

22 İyun 2026, 11:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qətər və Pakistan İsveçrənin Lüsern şəhərində keçirilən görüşdən sonra birgə bəyanat yayaraq ABŞ və İran arasında 18 saat davam edən danışıqlarda “həvəsləndirici irəliləyiş” əldə olunduğunu açıqlayıblar.

Zefer.media xəbər verir ki, bəyanata əsasən, tərəflər danışıqlara siyasi nəzarətin təmin edilməsi və nüvə proqramı, sanksiyalar və digər məsələlər üzrə işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə “Ali Komitə”nin yaradılması barədə razılığa gəliblər.

Qeyd olunub ki, Vaşinqton və Tehran yekun razılaşmaya nail olmaq üçün 60 günlük “yol xəritəsi” üzərində də anlaşma əldə ediblər.

Tərəflər Hörmüz boğazında mümkün insidentlərin və anlaşılmazlıqların qarşısının alınması, eləcə də ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi rabitə xəttinin yaradılmasını razılaşdırıblar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600