Dünya

Pentaqon İran əməliyyatı üçün Konqresdən pul istədi

19 İyun 2026, 15:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Müharibə Nazirliyi (Pentaqon) İranla bağlı hərbi əməliyyatların və digər öhdəliklərin maliyyələşdirilməsi üçün Konqresdən əlavə 80 milyard dollar vəsait tələb etməyə hazırlaşır.

Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Müdafiə nazirinin müavini Stiven Feynberq bu həftə Konqres üzvləri ilə telefon danışıqlarında əlavə maliyyələşməyə ehtiyac olduğunu bildirib.

Tələb olunan vəsaitin bir hissəsi İranla müharibənin xərclərinin qarşılanmasına, digər hissəsi isə hərbi əməliyyatlarla birbaşa bağlı olmayan öhdəliklərin maliyyələşdirilməsinə yönəldiləcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600