Dünya

İran XİN: “Milli maraqları qorumaq üçün bütün gücümüzü səfərbər edəcəyik”

19 İyun 2026, 12:241
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə imzalanmış Anlaşma Memorandumu ilə bağlı ali rəhbər Müctəba Xameneyinin bəyanatına cavab olaraq ona müraciət ünvanlayıb.

Zefer.media xəbər verir ki, Əraqçı ali rəhbərin mesajının ölkənin xarici siyasət qurumları üçün əsas istiqamətləndirici sənəd hesab olunduğunu ifadə edib.

O, müraciətində Xameneyinin göstərişlərinə və dəstəyinə görə təşəkkür edərək vurğulayıb ki, bu yanaşma İranın milli ləyaqətinin və xalqın hüquqlarının qorunması üçün möhkəm əsas yaradır.

“Ölkənin xarici siyasət aparatı bütün imkanlarını İranın ali maraqlarının təmin edilməsinə, xalqımızın hüquqlarının müdafiəsinə, habelə, ölkənin ləyaqətinin, müstəqilliyinin və beynəlxalq nüfuzunun qorunmasına yönəldəcək”, – deyə, Əraqçı bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600