Vyetnam Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqidir.
Zefer.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu iyunun 18-də Vyetnamın Baş naziri Le Min Hunq ilə görüşündə bildirib.
O, vurğulayıb ki, Vyetnam bizim uzunmüddətli və etibarlı tərəfdaşımızdır və təkcə tərəfdaş deyil, həm də müttəfiqimizdir.
Rusiya liderinin sözlərinə görə, Moskva-Hanoy hərtərəfli strateji tərəfdaşlıq münasibətləri möhkəm dostluq ənənələrinə, eləcə də etimad və qarşılıqlı yardıma əsaslanır.
Xatırladaq ki, Putin həmçinin ötən ilin may ayında Moskvada Vyetnam Prezidenti To Lamla görüşünün xoş xatirələrini bölüşüb.
Zərintac Mayisqızı

















