NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək.
Zefer.media xəbər verir ki, bu haqda Nüvə Planlaşdırma Qrupunun müdafiə nazirləri səviyyəsində keçirilən iclasında qəbul olunmuş bəyanatda bildirilib.
Sənəddə deyilir: “Nüvə Planlaşdırma Qrupunun iclasında müdafiə nazirləri NATO-nun nüvə potensialını modernləşdirməklə onun nüvə müqavimətini gücləndirməyə davam etmək barədə razılığa gəliblər”.
Şimali Atlantika Alyansının “paylaşma” təcrübəsindən fəal şəkildə istifadə etmək niyyətində olduğu, sözügedən təcrübənin nüvə silahı olmayan NATO üzvlərinin F-16 və F-35 təyyarələri kimi potensial nüvə silahı daşıyıcılarını qəbul etməsini və onların istifadəsi üzrə təlim keçməsini nəzərdə tutduğu müəyyənləşdirilir.
Zərintac Mayisqızı

















