Dünya

“Ermənistanın KTMT büdcəsinə ödəniş etməməsi məsələsi müzakirə olunur”

18 İyun 2026, 16:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməməsi məsələsi müzakirə olunur.
Zefer.media xəbər verir ki, buna dair təşkilatın baş katibi Taatbek Masadıkov “RİA Novosti” agentliyinə bildirib.
“Bəli, həmin məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və nazirlər bu məsələni ətraflı müzakirə ediblər.  Düşünürəm ki, Ermənistan üç ildir ki, öz haqqını ödəmir”, – o qeyd edib.
Masadıkov deyib ki, de-fakto Ermənistan təşkilatın işində demək olar, heç bir rol oynamır, baxmayaraq ki, de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvüdür. Bununla belə, baş katib KTMT-yə üzvlüklə bağlı qərarın Ermənistan xalqı və rəhbərliyi tərəfindən qəbul edildiyini vurğulayıb.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600