“NATO qlobal təhlükəsizlik arxitekturasındakı rolunu yenidən nəzərdən keçirməlidir, çünki ittifaq Soyuq Müharibə dövrünün məhsuludur”.
Zefer.media xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian iyunun 18-də bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında onun sözləri sitat gətirilir: “NATO Çin haqqında yanlış təsəvvürlərini düzəltməli, qarşıdurmaya təhrik etməyi və günahı başqasının üzərinə atmağı dayandırmalı və eyni zamanda Soyuq Müharibə dövrünün məhsulu kimi dünya sülhü və sabitliyinə onun rolu və təsiri üzərində dərindən düşünməlidir”.
Lin Jian NATO-nun baş katibi Mark Ruttenin Çinin Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etdiyi və ona ikili təyinatlı mallar tədarük etdiyi iddiasına münasibət bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, Pekin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı obyektiv və qərəzsiz mövqe tutur və ikili təyinatlı malların tədarükünə ciddi nəzarət edir. O, həmçinin Çinin həmişə Ukrayna böhranının diplomatik yolla həllinə sadiq olduğunu deyib.
Zərintac Mayisqızı

















