Bu gün İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndələri arasında yeni görüşün planlaşdırıldığını təsdiqləyib.
Zefer.media xəbər verir ki, nazirliyin məlumatında bildirilir:
“Görüş sabah Bürgenştokda keçiriləcək və tərəflər arasında “müqavilənin icrası ilə bağlı ilkin danışıqlar” mərhələsi olacaq.
Görüşdə ABŞ və İran nümayəndələri ilə yanaşı, vasitəçi ölkələr – Pakistan, Qətər və digər iştirakçı tərəflərin də yer alacağı deyilir.
İsveçrə tərəfi qeyd edib ki, sözügedən mərhələ imzalama prosesi deyil, əldə olunan razılaşmanın icra mexanizmlərinin müzakirəsinə həsr ediləcək.
Zərintac Mayisqızı

















