Dünən İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf dövlət televiziyasına müsahibəsində Fars körfəzində və Hörmüz boğazı ətrafında baş verən proseslər barədə açıqlama verib.
Zefer.media xəbər verir ki, Qalibaf atəşkəsin qüvvəyə mindikdən sonra ABŞ-nin hərbi fəaliyyətinin davam etdiyini və İran tərəfinin buna dərhal cavab verdiyini ifadə edib.
Onun sözlərinə görə, “ən son nümunə” ABŞ helikopteri ilə bağlı hadisə olub və eyni zamanda Hörmüz boğazından keçməyə çalışan iki hərbi gəmi hədəfə alınıb.
Qalibaf həmin gəmilərin yandığını və bunun peyk görüntüləri ilə də təsdiqləndiyini bildirib. O əlavə edib ki, düşmən qırıcılarının havaya qalxdığı hava limanları da hədəfə alınıb və bu hadisələrin hamısı diplomatik danışıqlarla paralel baş verib.
Zərintac Mayisqızı




