Bu gün Almaniya kansleri Fridrix Merz G7 Zirvə görüşü çərçivəsində ABŞ və İran arasında əldə olunan razılaşmanı yüksək dəyərləndirib.
Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Merz bildirib ki, ABŞ prezidenti Donald Tramp və İran hakimiyyəti arasında əldə edilən anlaşma mühüm diplomatik nailiyyətdir.
O qeyd edib ki, razılaşmanın ilk müsbət nəticələri artıq müşahidə olunur. Kanslerin sözlərinə görə, bunun nümunələrindən biri neft qiymətlərinin aşağı düşməyə davam etməsidir.
Kansler əlavə edib ki, əldə olunan razılaşma yekun mərhələ deyil və bundan sonra xüsusilə danışıqların ikinci mərhələsi çərçivəsində əlavə müzakirələr aparılmalıdır.
Zərintac Mayisqızı















