“Bu prosesin uğursuzluğa düçar olması ciddi qlobal iqtisadi nəticələrə səbəb ola bilər”.
Zefer.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp G7 Zirvə görüşü çərçivəsində İranla əldə olunması gözlənilən razılaşmanın əhəmiyyətini vurğulayaraq deyib.
Trampın sözlərinə görə, İranla razılığın əldə edilməsi dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır və bunun alternativi “qlobal miqyasda böhran” ola bilər.
O əlavə edib ki, belə bir nəticənin qarşısını almağa yönəlmiş səylərə qarşı çıxanlar “axmaq insanlardır”.
Ağ Ev rəhbəri əsas dəniz ticarət marşrutlarından biri olan Hörmüz boğazına toxunaraq bildirib ki, razılaşma baş tutmasa, boğazın fəaliyyəti ilə bağlı problemlər davam edə bilər.
“Birincisi, boğaz heç vaxt açılmayacaq”, – deyə o vurğulayıb.
Zərintac Mayisqızı















