Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Zefer.media xəbər verir ki, Əraqçı söhbət zamanı İran və ABŞ arasında əldə olunan anlaşma memorandumunun əsas müddəaları barədə danışıb və sənədin düzgün icrasına görə ABŞ-nin məsuliyyət daşıdığını vurğulayıb.
O, Livanda hərbi əməliyyatların və “Livana qarşı təcavüzün” tamamilə dayandırılmasının vacibliyini qeyd edib.
Lavrov isə memorandumun tamamlanmasını alqışlayaraq, Rusiyanın onun həyata keçirilməsinə dəstəyini bir daha bildirib.
Tərəflər habelə İran-Rusiya münasibətlərinin gündəmində olan bir sıra məsələləri müzakirə edib, əlaqələrin davam etdirilməsi və mövcud məsələlərin həlli istiqamətində məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Zərintac Mayisqızı















