Dünya

Ukrayna ABŞ-dan 1 milyard dollarlıq yeni yardım paketinin bir hissəsini alacaq

17 İyun 2026, 12:551
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Amerika Birləşmiş Ştatları (ABŞ) dünyanın hər yerində milyonlarla insana 1 milyard dollardan çox humanitar yardım göstərəcək. Bu pulun xərclənəcəyi ölkələr arasında Ukrayna da var.

Zefer.media xəbər verir ki, buna dair ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.

Pul iki BMT təşkilatı – UNICEF və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən alınacaq .

UNICEF 218 milyon dollardan çox, Ümumdünya Ərzaq Proqramı isə 800 milyon dollardan çox vəsait alacaq.

Bu qrantlar ABŞ Dövlət Departamentinin təsdiqlənmiş icraçı təşkilatlara ayırdığı ikinci və üçüncü qlobal tranşlar idi.

Ukrayna və digər ölkələr alıcılar siyahısındadır. Ümumiyyətlə həmin vəsait dünyanın 40- dan çox ölkəsində humanitar əməliyyatlara dəstək üçün istifadə olunacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600