Dünya

Tramp: “Hazırda İranda çox düzgün insanlarla işləyirik”

16 İyun 2026, 16:311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib və hazırda Vaşinqtonun “çox düzgün insanlarla” işlədiyini deyib.

Zefer.media xəbər verir ki, Tramp çıxışı zamanı İranın əvvəlki ali rəhbər və danışıqlar komandalarına işarə edərək bildirib:

“İranda birinci qrupun hamısı ölüb. İkinci qrup da aradan qaldırılıb. Üçüncü qrupun bir hissəsi yoxa çıxıb və düşünürəm ki, indi çox düzgün insanlar var”.

ABŞ prezidenti əlavə edib ki, hazırkı iranlı tərəfdaşların əvvəlkilərdən daha ağıllı olduqlarını düşünür: “Düşünürəm ki, onlar birinci və ikinci qrupdan daha ağıllıdırlar. Amma radikallaşmayıblar və ölkələrinə kömək etməyə çalışırlar”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600