Dünya

ABŞ NATO qarşısında bu öhdəliklərin həcmini azaldıb

16 İyun 2026, 14:361
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ NATO qarşısında hərbi öhdəliklərinin həcmini azaldıb.

Zefer.media xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” alyansdakı mənbələrə istinadən məlumat yayıb.

Söhbət ABŞ-ın bloka aviadaşıyıcı zərbə qrupu, strateji bombardmançı birləşməsi, eləcə də 50-dən çox qırıcı təqdim etməkdən imtinasından gedir.

Nəşrin məlumatına görə, Vaşinqtonun bu addımı avropalı müttəfiqlərin əksəriyyəti üçün tam gözlənilməz olub.

FAZ qeyd edir ki, bununla ABŞ administrasiyası iyulun əvvəlində keçirilməsi planlaşdırılan NATO sammiti ərəfəsində Avropa ölkələrini kollektiv müdafiədəki boşluqları öz qüvvələri hesabına operativ şəkildə bağlamağa məcbur etməyə çalışır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600