Dünya

İran gəmiləri ABŞ blokadasından sonra ilk dəfə ölkəyə doğru hərəkət edir

16 İyun 2026, 12:282
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin İran əleyhinə tətbiq etdiyi dəniz blokadasının ləğv edilməsindən sonra ilk İran ticarət və neft gəmiləri blokada zonasını keçərək İran limanlarına doğru hərəkət etməyə başlayıb.

Zefer.media xəbər verir ki, bir neçə İran gəmisinin blokada xəttindən heç bir maneə ilə qarşılaşmadan keçidi qeydə alınıb. Bu, blokadanın aradan qaldırılmasından sonra baş verən ilk belə hadisə hesab olunur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən İranın atəşkəs razılaşmasının şərtlərini qəbul etməsindən sonra dəniz blokadasının ləğv edildiyini açıqlamışdı.

Gəmi izləmə məlumatlarına əsasən, İranın çox böyük tutumlu neft tankerlərindən biri (VLCC) açıq sulardan İran limanlarına doğru hərəkət edir və artıq blokada zonasını keçib. Bundan əlavə, mal-qara və ərzaq məhsulları daşıyan bir ticarət gəmisinin də eyni marşrutla ölkəyə doğru istiqamətləndiyi bildirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600