ABŞ administrasiyası İranla aparılan danışıqlarda Omanın vasitəçi rolundan narazıdır və bu səbəbdən onun yerinə yeni tərəfdaşlar seçib.
Zefer.media xəbər verir ki, bu barədə CNN və bir sıra digər media orqanları məlumat yayıb.
ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən bildirilir ki, Vaşinqton Omanın danışıqlar zamanı guya “ikibaşlı mövqe” nümayiş etdirdiyini düşünür və onun fəaliyyətinin bəzi hallarda İranın maraqlarına xidmət etdiyinə inanır.
Həmin mənbənin sözlərinə görə, ABŞ rəsmiləri İran hakimiyyəti ilə effektiv əlaqə qurmaqda çətinliklərlə üzləşiblər. Əvvəllər bu ünsiyyət həm İranın daxili idarəetmə strukturu, həm də Oman vasitəsilə həyata keçirilirdi.
Vaşinqton indi vasitəçilik mexanizmini dəyişərək bu rolu əsasən Pakistan və Qətərə həvalə etməyə qərar verib.
Zərintac Mayisqızı

















