ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşma xəbəri beynəlxalq gəmiçilik və enerji bazarlarında ehtiyatlı nikbinlik yaradıb.
Zefer.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Gəmi sahibləri və ticarət şirkətləri boğazdan keçidin hansı şərtlərlə bərpa olunacağına dair daha aydın məlumat gözləyirlər. Hazırda gəmi təhlükəsizliyinin necə təmin ediləcəyi və keçid qaydalarının necə tətbiq olunacağı hələ də dəqiqləşdirilməyib.
Analitik platforma Kpler-in məlumatına əsasən, Fars körfəzində təxminən 600 gəmi hərəkət üçün gözləmə vəziyyətindədir. Hörmüz boğazının xaricində isə yüzlərlə digər gəmi marşrutun tam açılacağı təqdirdə körfəzə daxil olmağa hazır vəziyyətdədir.
Bloomberg qeyd edir ki, razılaşma ilə bağlı xəbərlərin yayılmasından sonra ilk saatlarda boğazdakı hərəkətlilik məhdud qalıb və yalnız bir mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz istiqamətində hərəkət edib.
Zərintac Mayisqızı

















